AKTUAL manset

Mətbuatın ögey atası ayrı seçkilik,nifaq və uçrum-Mirismayıl Xələfli yazır

Bildiyimiz kimi mətbuat dördüncü hakimiyyətdir.Bir ölkəni məhv etmək istəyirsənsə onun informasiyadan məhrum et.Bu gün isə çəkinmədən deyə bilərəm ki, şükürlər olsun ki,Azərbaycanda informasiya,sosial şəbəkələrin inkişafı daha böyük vüsət alıb.İnsanlar daha tez dünya da və ölkədə baş verən hadisələrdən xəbər tuta bilirlər.Yani bütün hər yerdə olduğu kimi Azərbaycanda da sosial mediya daha çox inkişaf edir.Amma nədənsə Azərbaycan müstəqil mediyasında bir durğunluq və ayrı seçkilik hökm sürür.Dövlət bu gün müstəqil mətbuatı inkişaf etdirməyə çalışsa da nədənsə buna nail ola bilmir.Ümumiyyətlə ailədə də belədir övladlar arasında ayrı seçkilik oldusa o ailədə inkişafında uğur ola bilməz.

Bizdə də, inkişafa doğru hər bir şəraitimiz var amma müstəqil azərbaycan mediyasında ayrı seçkilik,kin küdrət höküm sürür.Necə deyirlər bir qurup mətbuat yağ bal içərisində yaşayır bir hissəsi isə sanki yerində aclıqdan çabalayır lakin canın tapşıra bilmir.Əslində bu gün mətbuat üçün azərbaycanda, dünyanın heç harasında olmayan şərait və imkanlar var.Məsəl üçün jurnalistlərin məişət problemlərini yaxşılaşdırmaq üçün prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan binanın jurnalistlərə hədiyyə olunması gələcək nəsillərində jurnalistikaya olan marağını günü gündən artırır.

Amma çox heyif,çox heyif ona görə ki,ev bölgüsündə müstəqil medianın maliyyələşməsində fərq qoyma kimin qohumu, kimin tanışı şüarı ilə həyata keçirilir.Içimiz özümüzü yandırır çölümüz özgəni amma nə xeyri eləbil özün danışıb özün eşidirsən.Əslində ev istəyən şərait istəyən onlarında kiçik saytlarının maliyyələşməsi üçün bar-bar bağıran sayt rəhbərləri dövlətin və hakimiyyətin ətrafında sıx birləşən kimsəsiz yetimlərdir.

Cənablar! Daşı tökün ətəyinizdən dinləyin bizi intihar həddindəyik bizdə bu ölkənin vətandaşıyıq,bizimdə bu ölkədən nəsə ummaq nəsə almaq haqqımız var.Nə oldu biz nəysə istəyəndə cavabsız qalır və yaxud deyirsiniz ki, “Get özünə başqa sənət tap,hökmən jurnalist olasan?” Bəs necə edək?Oğurluq edək? Yoxe oğurluq bizlik deyil axı biz bir neçə il əziyyət çəkib ali təhsil almışıq axı niyə sənin,onun, bunun ucbatından məhv olmalıyıq?

Bilirsiniz kənardan nəyə və kimə oxşayırıq?Eləbil bir kişinin bir neçə ailəsi var və bizdə həmin ailənin ayrı-ayrı evladlarıyıq.Ayıbdı vallah, bizim bu dövlətdən bu hakimiyyətdən heç bir narazılığımız yoxdur.Ölkəmiz günü-gündən inkişaf edir, uğurlara doğru Prezident İlham Əliyevin sayəsində addımlayır.Bizim narazılığımız sizdəndir, ətrafınıza 5-10 nəfər yığıb tədbirlərinizə dəvət etdiklərinizdən,qrantları onların sayt və qəzetlərinə ayırdıqlarınızdan.Vallahi siz insanları məcburən muxalifətləşdirirsiniz,pis duruma salırsınız.Nə olar bizidə bir ana doğub. Kökümüzü araşdırın,damarlarımızda əsil Azərbaycanlı qanı axır.Biz öz dövlətimizdən və hakimiyyətimizdən kömək istəyirik.Bizə evin ögey anası kimi baxmayın.

Çox təssüf edirəm ki,Xəbəral.az saytı Müstəqil xəbər portalı kimi dörd ilə yaxındır ki,fəaliyyət göstərir,dövlətə və dövlətçiliyə xidmət edir,amma bu günə kimi, həm dövlətin ayırdığı yardımdan, həm də qrant müsabiqələrindən qərəzli şəkildə kənarda saxlanılır. Düşünürəm ki, müstəqil mediaya qarşı sərgilənən bu haqsız və qərəzli mövqeyə son qoyulmalıdır!

Demək belə çıxır ki,biz jurnalistlərin şikayət və təkliflərinə baxılmırsa  adi vətəndaşlar nə əziyyət çəkir?! Dinləyin bizi dinləyin cənablar biz sizin ögey övladınız deyilik.