AKTUAL

Salyan rayonunun yaşayış məntqələrində elektrik şəbəkəsi tam yenilənir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Ölkəmizin iqtisadi inkişafının, eləcə də bölgələrin əsaslı yüksəlişinin təməl bazası sayılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionların siması əhəmiyyətli şəkildə dəyişib, onların dinamik inkişafı təmin edilib. Bu gün regionlarda həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, eləcə də yeni sənaye müəssisələrinin fəaliyyəti istər rayonlarda vətəndaşların sosial rifahının yüksəlməsinə, istərsə də bölgələrin iqtisadi sıçrayışına yol açıb.
Bir sözlə, inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən illər ərzində bütün sahələrdə uğurlar əldə edilib. 

Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, həmçinin Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Məhz bunun nəticəsidir ki, hazırda bölgələrdə elektrik enerjisi ilə təminatda heç bir problem yoxdur.

Elektirik enerjisinin fasiləsiz verilən rayonlardan biri Salyan rayonudur.

Salyan rayonunun yaşayış məntqələrində elektrik şəbəkəsi tam yenilənir.
Salyan rayonunun kənd və qəsəbələrində elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən rayonun yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.

Bu cür uğurlu işləri görə, Salyan rayonundan sosial şəbəkə istifadəçiləri prezident İlham Əliyevə xüsusi təşəkkürlər edirlər.

Nəzərinizə çatdıraq ki, digər rayon və şəhərlərimiz kimi, Salyan rayonunda sosial iqtisadi inkişaf geniş vüsət alaraq, vətəndaşlar tərəfindən böyük hörmətlə qarşılanır.

Sadəcə bəzi, insanlar var ki, sosial şəbəkələrdə özlərinə baxış sayı ýığmaq xatirinə, guya Salyan rayonunda işıqlar fasilə ilə yanır.

O cür şou yaradan insanlara üzümüzü tutub deyirik ki, ayıbdır!

İnsafınız olsun!

Heç bir vaxtı haqqı nahaqqa verməyin!

Sonda bir daha vurğulayaq ki, ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin elektrik enerjisi ilə təminatı ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Dövlət proqramlarının uğurlu icrası isə vətəndaşlarımızın sosial rifahının, eləcə də enerji təminatının yaxşılaşdırılması istiqamətində xüsusi önəm daşıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir