AKTUAL manset

Multikulturalizmin Azərbaycan modeli

Sharing is caring!

Qloballaşan dünyamızda multikulturalizmi inkişaf etdirmədən sülhə, tərəqqiyyə nail olmaq mümkünsüzdür. Multikulturalizm ingilis dilindən tərcümədə “çox mədəniyyət” deməkdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan humanist dünyagöruşu olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada yaşadiği cəmiyyətdir. Multikulturalizm bir humanist siyasət kimi toleratlıqla sıx bağlıdır.Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Azərbaycan multikulturalizmin müasir vəziyyəti dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu Azərbaycan xalqının milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini dözümlülüyü, tolerantlığı kimi dəyərlərlə xarakterizə olunur.

Müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsasi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən layihəsi hazırlanmış və 1995-ci il noyabrin 12-də keçrilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II-ci hissəsinə uyğun olaraq dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta məktəblərdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Azərbaycanda milli azlıqların kütləvi informasiya vasitələri, öz ana dillərində qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verlişləri hazırlanır. Ümummilli Lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qurur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Əsası Ulu Öndər tərıfindən qoyulmuş Azərbaycan xalqının multikultural adət-ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hal-hazırda Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərafindən inamla davam və inkişaf etdirilir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın, Şərqlə Qərbin qovşagında yerləşməsidir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpu rolunu oynamaqla dünyada öz nüfuzunu gücləndirməkdədir. Azərbaycanda tolerantliq muhiti ən yüksək səviyyədə olduğu uçun burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, o cümlədən dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprel ayında məhz Bakı şəhərində keçrilmişdir.

2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının Xll sessiyasında çıxış edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demişdir “Biz tam əminik ki, multikulturalizm gözəl gələcəyi var. Sadəcə bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur.Alternativ ayri-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.
Ölkəmizdə multikulturalizm Azərbaycançılıq məfkurəsinə sıx bağlıdır. Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycançılıq məfkurəsinə uygun olaraq tolerantlığın, mədəni, dini, linqvistiq müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər uzrə Dövlət müşavirliyi təsis edilmiş, dövlət başçısının 15 may 2014-cu il tarixli Sərəncamı ilə Baki Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmıs,11 yanvar 2016-ci il tarixli Sərəncamı ilə 2016-ci il “Multikulturalizm ili” elan edilmişdir.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlıgın, multikulturalizmin, milli mənəvi dəyərlərin təbliğ edilməsində Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılıgı ilə həyata keçrilən “Azərbaycan Parisin urəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmiş və “Parisin ürəyində Azərbaycan musiqisi” adli konsert təşkil olunmuşdur.

2014-cu il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun 2016-ci ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-ci il, aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişdilər. Eləcə də 2019-cu ilin may ayının 1-3-də Bakida V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, həmin forumda dünyanın 135-dən çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

BMT-nin Sivilizasiyalar Alyansının Vll-ci Qlobal Formunun 2016-ci il aprelin 25-27-də və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bu gün artıq ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin dediyi kimi “Multikulturalizmin alternativi yoxdur”.

İbrahimova Aytac
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir