AKTUAL manset

Sosial problemlərinin həllinə dəstək istiqamətində çalışan “Çıxış Yolu” komandası imkansız gənclərə toy etdi-FOTOLAR

Sharing is caring!

Dünən Siyaqut Palace də xeyriyyə toyu hamının sevincinə səbəb oldu.

XəbərAl.az xəbər verir ki,bir müddət əvvəl, illərlə dəmir vaqonda yaşamış, imkansız bir ailəyə ölkənin birinci xanımı, Birinci Vitse-prezident Mehriban Əliyeva Bakının Suraxanı rayonunda 2 otaqlı mənzil hədiyyə etmişdi. Anasız böyümüş İki yeniyetmə məhz Mehriban xanımdan analıq qayğısı gördü və isti ocaqla, evlə təmin olundu. Bu gün isə həmin evin qız övladı-Xeyransa ailə qururdu. Xeyriyyə toyunun gerçəkləşməsində isə “Çıxış Yolu” sosial layihənin rəhbəri və aparıcısı Nuranə Gülər və bu layihənin sosial və hüquqi məsələlər üzrə eksperti, Hüquq Müdafiənun Bürosunun direktoru Elçin Quliyevin xüsusi zəhməti var. Xeyriyyə toyunda respublikanın ziyalıları, millət vəkilləri, Abşeron rayon icra hakimiyyəti nümayəndələri, hərbiçilər, Qarabağ Qaziləri, iş adamları və Rusiyadan, Türkiyədən və Kərkükdən gələn qonaqlar, eləcə də sənətçilər və media nümayndələri iştirak edirdi.  4 ildir insanların sosial problemlərinin həllinə dəstək istiqamətində çalışan “Çıxış Yolu” komandası toyun sonunda qeyd etdi ki, belə xeyriyyə tədbirlərimiz davamlı olacaq.

Qeyd edək ki,Siyaqut Şadlıq Sarayının rəhbərliyi Orxan müəllimin də qonaqlara olan yüksək xidməti diqqətdən yayınmadı.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir