AKTUAL manset

”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi layihəsini yekunlaşdırdı

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, ”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə maraqlı layihə icra etdi.”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsi 3 ay icra olundu. Layihənin məqsədi həssas qruplara psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət etmək idi.

Onların cəmiyyətə adaptasiya olunaraq gərəkli fərd olmaları üçün belə tədbirlərin təşkilinə həsr olundu. Layihə çərçivəsində İsmayıllı, Şamaxı rayonları,Bakı şəhəri və ətrafında olan tarixi yerlərə səyahətlər təşkil olunmağı nəzərdə tutulmuşdu. İctimai birlik layihə çərçivəsində həssas qrupları İsmayıllı rayonunun tarixi yerlərinə səyahətdən sonra Şamaxı rayonuna tur təşkil edib.

Növbəti turda isə həssas qruplar Bakı şəhəri və onun ətrafında olan tarixi yerlərə səyahət etdilər.Həssas qruplara səyahətlərdə iki dəfə çay süfrəsi verilib və bir dəfə isti yeməklə təmin olundular. Növbəti turda isə həssas qruplar Bakı şəhəri və onun ətrafında olan tarixi yerlərə səyahət etdilər. Həssas qruplar Suraxanı rayonunda yerləşən Atəşgah məbədində ,İçərişəhərdə və Şirvanşahlar sarayında oldular. Layihə KİV nümayəndələrinin iştrakı ilə həyata keçirildi.

”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsinin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir