AKTUAL manset

Prezident Zahid İsayevi də vəzifəsindən azad etdi

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

XəbərAl.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Zahid İsayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələr əsasında davam etdirəcəklər.

Prezident İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini hazırlamaq üçün Nazirlər Kabinetinə 2 ay vaxt verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir