AKTUAL manset

Prezidentdən Mehdiyevə özəl münasibət – İlk dəfə

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa verən Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvü təyin edilməsi barədə fərmanı xüsusi mahiyyət daşıyır.

XəbərAl.az xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri tutduqları vəzifəyə görə təyin edilirlər. Belə ki, TŞ üzvlərinin adları deyil, vəzifələri göstərilir.

Prezidentin bu gün verdiyi fərmanla TŞ-nin üzvlüyünə yalnız Ramiz Mehdiyev öz adı ilə əlavə edilib.

Qeyd edək ki, 81 yaşlı Ramiz Mehdiyev bu gün həm də ölkənin ən yüksək ordeni olan Heydər Əliyev Ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir