AKTUAL manset

Ekstrasenslik,falçılıq yoxsa fahişəlik?-Araşdırma

Sharing is caring!

XəbərAl.az xəbər verir ki,son günlər Azərbaycanlı bəzi, “Ekstrasens”lər yalançı,fırıldaqçıları fenomenlik iddiasına düşərək sosial şəbəkələr də lazımsız paylaşımlar edib gündəmi zəpt etməklə məşquldular.Demək olar ki,sosial şəbəkə istifadəçiləri bu cür “Ekstrasens”lərə bir əyləndirən adam simasında baxırlar.

Bəs “Ekstrasens nə deməkdir?Ekstrasensorika nə deməkdir? Ekstra «xaric» deməkdir, nəyinsə xaricində yerləşən nə isə; «sene» — «hiss» deməkdir Amma bizdə “ekstrasens dedikdə ya falçı başa düşülür yada şoubiznes nümayəndəsi kimi dərk olunur.Çünki onlar bir balaca insanları inandırıb pul əldə edəndən sonra artıq olurlar tanınmış şou adamı.Əylənirlər, deyirlər,gülürlər və əyləndirirlər.İnanın ki, onların bu cür imkanklı,oliqarx yaşam tərzlərini gördükcə adam az qalır çevrilib olsun baxıcı.

Necə deyərlər?Allahsaxlamış olmasaydı, az qala, bütün bu müəyyən zərurətdən doğan təsadüflərə uyub baxıcılığa nəinki inanmağa, hətta baxıcılığa başlaya bilərdim. (Ay can-ay can, nə qaz vurub, qazan doldurmaq olar!) Xahiş edirəm, ciddiyətimə inanın. Burda çətin nə var ki?! Adı şərti olaraq Fərqanə demişkən, TV-lərdə piarına 3-4 min xərc çəkib, abır-həyamı qatdalayıb dal cibimə qoyur və baxıcılığa başlayıram. Hələ bir az təcrübə yığıb, babat “day-day” tapdımsa, bir az da üzərimdə işləyib, özümə prodüsser götürə bildimsə, var ya, Zirəddin-zad yanımda qələt edər. Olaram bu ölkəninn bir nömrəli baxıcısı… Yox, ekstrasensi.

Bu yaxınlarda bu “Ekstrasens”lərin düz baxmağını sınamaq üçün başladım bir xanım “Ekstrasens” ilə (Falçı) dostluq etməyə.Həqiqətən çox çətindir falçılarla dostluq adam biraz çəkinib qorxursan ki,nəsə sənə cadu əməl edər cəhənnəm hamısı ailən dağılar gəl indi bir iki uşaqla alment ödə.Həqiqətən bu “Ekstrasens” deyilən xanımın fikrin özümdən uzaqlaşdırmaq üçün bir dostumuda bununla tanış elədim.Xanım əməlli başlı vuruldu dostuma…Əşşi bu jurnalist dostuma iş təklifi gəl mənlə işlə yaşa da adam balası kimi ayda 500 manat maaş, hər gün yeyib içmək, xaricə mənlə get gəl bir sözlə işıqlı həyat görda.

Hərdən məndə fürsət edib xanım falçıya gələcək taleyimlə bağlı baxdırıram.Amma xanım falçı heç mənə fürsət tapmır fikri qalıb dostum da ki, onunla öz əyləncəsini tapsın. Nəhayət ki,mənə vaxt ayırdı,və başladı talehimə baxmağa:

Mənə qayıdasan ki,sənin qaranlığın var. Sükan arxasındamı deyim, yol üstündəmi-nə, maşında xətər görürəm sənə. Özü də xətəri qıça hissəndən alacaqsan. Bu əməli üstündən təcili təmizləməliyəm. Yoxsa, axırın qaranlıq görünür. Başdan-ayağa nəzər, əməl-cadu içindəsən. Haralısız? – Ağsulu – Ağsudan bir paqonlu müştərim var. Mənim üçün eləmədiyi şey qalmayıb.

Yuxarılardan elə adamlarla işləyirəm ki… Kimliyini soruşuruq, gülə-gülə: “Demərəm axı. Mən nə bilim ki, siz onun qohumu, qonşusu deyilsiniz?! – deyir. – Mən elə işləsəm, müştərilərimi itirə bilərəm. Yoxsa yuxarıdan elə adamlarla işləyirəm ki, adlarını çəksəm, diliniz quruyar”.

Mən: Dediyin əməli üstümdən təmizlə. Ekstrasens:Darıxma Rusiyaya gedib orada bir Yahudi var onunla işləyirəm deyəcəm ona təmizləyəcək.Amma yadıma sal. Mən:Bəs özün edə bilmərsən? Ekstrasens:Yox mən baxıram ona deyirəm o edir. Mən:həə inşallah gözləyəcəm.

Əslində mənə bu yazını hazırlamaq lazım idi.Məni falçı yaratmayıb ki,falçıda talehimlə oynaya? Falçı xanımın fikri isə yanımda ki,dostumda idi ki,onunla əyləncəsini təşkil etsin.Neynire məni?Pul vermirəm eləmirəm.Düzü bilmədim dostum onun falına baxa bildi ya yox?Bağışlayın tərsinə dedim:O dostumun falına demək istədim.

Ay bala get başqa işlə məşqul ol falçılıq nədir?Yekə arvadsan özün boyda qızın var.Yahudi xaricdən səni idarə edəcəksə həqiqətən sən böyük bəlasan.

PS.Növbəti yazımızda hansı falçıdan söhbət getdiyini və onlar Azərbaycan da necə və nəcür fəailiyyət göstərdiyini sizlərə təqdim edəcəyik.

Bütün ekstrasensləri dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir