AKTUAL manset

19 OKTYAB MİTİNQİNİN PƏRDƏ ARXASI MƏQAMLARI-FƏRİD ABDİNOV YAZIR:

Sharing is caring!

Azərbaycanda hal-hazırda inanclı kəsimin çox hissəsinin əsrlərdir qeyd etdiyi “Məhərrəm ayı” davam edir.(Ayları qarışdıra bilərəm Səfər də ola bilər) Çoxlarına məlum olan Kərbəla çölündə baş tutmuş məlum tarixi faciə insanlarda həmişə üsyan hissi, zülmə qarşı aqressiv reaksiya verdirir. Məclislərdə iştirak eden dostlar bilirlər səsləndirilən mərsiyələr, təsvir edilən döyüş səhnələri zalimin zülmunə nifrət, göz yaşları ilə yaddaşlarda qalır. Ən maraqlısı da odur ki, ilin bir günu “qətl sınan gün”, “imamın 40-ı” kimi xalqın qəbul etdiyi günlərdə mənəvi dəyərlərinə görə toplanan insanları Əli Kərimli 19 ildir rəhbərlik etdiyi AXCP-na 10%-ini toplayıb cəlb edə bilməyib. 19 illik uğursuzluğu elə 19 oktyabr çağırışı ilə aradan aparmağa çalışmağın yolunu tapdığını zənn edən “alternativsiz lider”in çağırışı bu tarixə etməyi heç də təsadüfi deyil. 19 oktyabr dini cameədə mütləq çoxluq təşkil edən Cəfəri məzhəbi( şiələrin) və mömin olmayan insanlarin da mental dəyər qeyd etdiyi “İmamın 40” məclisidir. Mitinq çağırışı edilən məkanda lokasion olaraq təsadufi seçilməyib. “28 may” metro stansiyasinin önünən piyada gedilərsə “İmamın 40” məclisinin Bakıda ən gur və izdihamlı keçirilən “Məşədi Dadaş” məsçidinə ən geci 10-12 dəqiqəlik yoldur. Qeyd olunan günlərdə polis gücləndirilmiş iş rejiminə keçir ərazidə tam olaraq təhlükəsizlik tədbirləri görülür və Əli Kərimli də bunu hesablamayacaq qədər saf, “bakirə” ruhlu biri deyil. Bununla da 19 oktyabr mitinq çağırışında hədəfi inanclı kəsimlə birləşmək kimi göstərib əslində niyyətini ortaya qoyur. Məqsəd sosial, iqtisadi sıxıntılar, azad söz, insan haqları prinsiplərinin pozulmasi əleyhinə mitinq etmək deyil. Ortada 3 məqsəd var. 1. İnsanlarin ümumxalq dəyəri kimi qəbul etdiyi “İmamin 40” məclisindən istifadə etmək cəhdi. 2. Cəhd baş tutmazsa 10 minlərlə inanclılanı hüquq-mühafizə orqanları ilə üz-üzə qoyub olkədə xaos yaratmaq. 3. Yaratdığı xaosdan “hakimiyyət inanclılara təzyiq edir” faktorunu siyasi divident kimi istifadə etmək. 4.Əgər bütün bunlar alınmazsa müəyyən islamafob qüvvələrin təlimatı ilə Əli Kərimlinin modelizə etdiyi “kütlə birləşməsi”proqramının əzadarliq gunlərini “təhlükə”hesab edərək qadağan edilməsi. Əziz möminlər heç bir halda “Hz İmam Hüseyn” kimi mənəvi, illərlə qoruyub bundan sonrada gələcək nəsillərə ötürəcəyiniz dəyərinizi belə təxribat cəhdinə qurban verməyin. Bu “Əli” o Əli ibn Talib deyil. Hər gun aşura ola bilər ancaq bura Kərbala deyil. 19 oktyabr Siffeyn günüdür.Əli Kərimlidə Əmr ibn As.

Fərid Abdinov/ “Azərbaycanin Səsi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir