AKTUAL manset

“Prioritet məsələ ali təhsilin əlçatanlığıdır” – Ceyhun Bayramov

Sharing is caring!

“Hər bir dövlət üçün prioritet məsələ ali təhsilin əlçatanlığıdır. Ali təhsil müəssisələrinə dövlət hesabına təqdim edilən yerlərin sayında bu il 66 faiz artım olub”.

XəbərAl.az  xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət hesabına ali təhsil alanların sayı 20 min 500-ə çatıb. Tələbələrin təqaüdü 20 faiz arıtırılıb ki, bu da 110 000 tələbəni əhatə edir: “Həmçinin, bu il daha 16 min tələbə təqaüd almaq hüququ qazanıb. Təqaüdlər müasir beynəlxalq sistemə əsasən rəqabətlilik prinsipi ilə verilir. Bu da tələbələrin təhsilinə müsbət təsir edən amildir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir