AKTUAL

“AZƏRLOTEREYA” DÖVLƏT ADINDAN SUİ-İSTİFADƏ EDƏN QUMAR ŞİRKƏTİDİR

Sharing is caring!

da tədricən “Azəırlotereya”dan qaçaq düşdülər. Çox güman, onlar da el içində olan-qalan hörmət-izzətlərinin oyunların ədalətsizliyi, saxtakarlığı fonunda itib-batmaması ilə qayğılanaraq, batan günəş olanadək gözləmədilər, üzüsulu getdilər.
İndiyədək KİV-də dəfələrlə ictimai rəylər bidirilib ki, «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır. Bu fikir yanlışdır. Münsiflər məsələyə müdaxilə edirlər, həm də kobudcasına. Bir daha təkrar edirik, həyasızcasına, abırsızcasına saxtakarlığı ört-basdır etməyə çalışırlar. “Azərlotereya”nın acgözlüyü o həddə çatıb ki, xalqımızın tarxinə yazılmış təqvimin qara günlərində belə tiraj keçirməkdən utanmır. Buna əxlaqsızlıqdan, özünü millətə yad tutmaqdan başqa nə ad vermək olar?
Son olaraq oxucularımıza, onların sırasından lotereya aludəçilərinə üz tutaraq müraciət edirik ki, “Azərlotereya”nın fırıldaqlarına aldanmayın. Olsa-olsa, biletiniz yaxşı halda 1 manat udacaq ki, onun da əvəzinə növbəti bilet götürəcəksiniz. Təşkilatçı bunu yaxşı bildiyindəndir ki, uduşların əksəriyyətini məhz manatlıqlar təşkil edir. Bu suallar barədə düşünün ki, niyə hər tirajın uduş fondu tam olaraq həmin tirajda udulmur? Nə üçün haman pullar və uduşa qoyulan maşın turdan-tura keçməli və başqasına çatmalıdır? Satılmış biletlərin yoxlanılması, satılmayan biletlərlə bağlı hansı addımlar atılır, bu proseslərə nəzarət də ciddi deyil.
Müşahidələrimiz davam edir və “Azərlotereya”nın fəaliyyətində qeydə aldığımız digər neqativ halları da irəliləyən saylarımızda oxucuların müzakirəsinə təqdim edəcəyik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir