AKTUAL manset

Milli Məclis sabah bu məsələləri müzakirəyə çıxaracaq – GÜNDƏLİK

Milli Məclisin payız sessiyasının növbəti iclasının vaxtı müəyyənləşib.

Bu barədə XəbərAl.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki,  növbəti plenar iclas  sabah –  oktyabrın 8-də keçiriləcək.

Mətbuat katibi iclasın gündəliyini də açıqlayıb.

İclasın gündəliyinə 13 məsələ daxildir.

Bura “Lisenziyalar və icazələr haqqında”, “Dövlət rüsumu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında”,  “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələri daxildir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.