AKTUAL manset

Mətanət Əsgərqızı:Kimlərsə ölkədə qarışıqlıq salmaq, Azərbaycan ordusunun nüfuzuna xələl gətirmək istəyir

Sharing is caring!

XəbərAl.az xəbər verir ki,Əsgər Ailələrinə Dəstək ictimai birliyi VƏTƏNƏ XƏYANƏTDƏ suçlu bilinən əsgərlərin valideynləri tərəfindən Bərdədəki hərbi hissəyə hüçumu pisləyir. Verilən məlumatlardan bəlli olur ki, hücum edənlər Azərbaycan ordusunun zabit və əsgərlərini təhqir etməklə yanaşı fiziki güc tətbiq etmək istəyiblər. Əsgər Ailələrinə Dəstək ictimai birliyi bu hərəkəti vətənə xəyanət adlandırır. Əslində Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edərək “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından sonra kimlərsə ölkədə qarışıqlıq salmaq, Azərbaycan ordusunun nüfuzuna xələl gətirmək istəyir. Belə insanlar da maşa rolunu oynayırlar. Əsgər Ailələrinə Dəstək ictimai birliyi bəyan edir ki, heç kim qanunu pozaraq əsgərə və zabitə əl qaldıra bilməz. İctimai birlik olaraq hüquq-mühafizə orqanlarına müraciət edərək belələrinin qanunun ən sərt maddələri ilə cəzalanmasını istəyir.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir