AKTUAL manset

Zakir Qaralov: “Qarşılıqlı əməkdaşlığımız ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcək”

Sharing is caring!

“İstər ibtidai istintaq, istərsə də məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı sırf təmasda olan prokurorluq əməkdaşlarının və vəkillərimizin əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarını, qanunla qorunan mənafelərini müdafiə etmək, onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin etmək, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı insan hüquqları və azadlıqları ilə bağlı beynəlxalq və konustutsion prinsiplərinin təbliğinə xidmət etməkdir”.

XəbərAl.az-ın  xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov deyib.

O bildirib ki, məhz həmin məqsədlərə nail olunması üçün cari ilin iyun ayının 28-də Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb: “Əminəm ki, qarşılıqlı əməkdaşlığımız bundan sonra da qanunun aliliyi və insan hüquqlarının təmin edilməsinə, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir