AKTUAL

“Nərimanov Tibb Mərkəzi”nin həkimləri özün yandıran Qarabağ Qazisini həyata qaytardılar – VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 18 Avqustda Samux rayon icra hakimiyyətinin qarşısında özünü yandıran ikinci Qarabağ müharbəsi qazisi Abdullayev Təbrizi “Nərimanov Tibb Mərkəzi”nin həkimləri yenidən həyata qaytarmağa nail olublar.

Qazi Təbriz Abdullayev

Belə ki, Samux rayon icra hakimiyyətinin qarşısında özünü yandıran Qazimiz Abdullayev Təbrizi təcili yardımla Bakiya “Nərmanov Tibb Mərkəzinə”gətiriblər. Qazimizin sağalıb yenidən həyata qaytarılması üçün “Nərimanov Tibb Mərkəzi”nin baş həkimi Fazil Alməmmədov özü qazinin əməliyyatına birbaşa nəzarət edib, onun sağalmasına nail olublar.

Xəbəral.az-a verilən məlumata görə, özünü yandıran Qazi Təbriz Abdullayev 80-90% ağır bədən xəsarətləri ilə “Nərimanov Tibb Mərkəzinə yerləşdiribmiş. “Nərimanov Tibb Mərkəzi” nin həkim personalının səyi nəticəsində, Qarabağ Qazimiz Təbriz Abdullayev sağalaraq, artıq öz yaşadığı Samux rayonuna yola salınıb.

Bununla bağlı Qazinin döyüş yoldaşları digər Vətən müharibəsi qaziləri, “Nərimanov Tibb Mərkəzi” nin qarşısında minnətdarlıq videosu çəkərək paylaşıblar.

Həmin sözügedən videonu sizlərə təqdim edirik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir