AKTUAL manset

Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq – BŞBPİ

Sharing is caring!

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib.

Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev XəbərAl.az-a bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya təyin edib. Onlar şəhərin mərkəzi hissələrində aksiya keçirmək üçün yer tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir