AKTUAL manset

Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirəcək

Sharing is caring!

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Cəlilabad rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

FHN-dən XəbərAl.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 4 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən isə 5 oktyabr 2019-cu il tarixdə Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Masallı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Daha bir qəbul Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında keçiriləcək. Nazir müavini saat 11.00-dan Lənkəran rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Cənub Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir