AKTUAL manset

Avstriyada növbədənkənar parlament seçkiləri keçirlir

Sharing is caring!

Sentyabrın 29-da Avstriyada növbədənkənar parlament seçkiləri keçirilir.

XəbərAl.az xarici KİV-lərə istinadən xəbər verir ki, səsvermə məntəqələri yerli vaxtla saat 6:00-dan 17:00-a kimi açıq olacaq.
Səsvermədə ölkənin 6,4 milyon seçki hüququna malik vətəndaşının iştirak edəcəyi gözlənilir.
Seçkilərin ilkin nəticələri axşam saatlarında elan olunacaq.

Səkkiz partiyanın mübarizə apardığı parlament seçkilərində Avstriya Xalq Partiyasının (ÖVP) qalib gəlmə şansı yüksək hesab olunur. Sentyabrın 23-də keçirilmiş sorğuların nəticələrinə görə, bu partiya seçkilərdə 34 faiz, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə 22 faiz səs toplaya bilər. ÖVP ilə koalisiya quracağı ehtimal olunan sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) isə 20 faiz səs toplayacağı gözlənilir.

Parlamentdə 183 mandat uğrunda mübarizədə hər bir partiya ölkə üzrə ümumi səslərin ən azı dörd faizini toplamalıdır. Seçkiöncəsi sorğularda beş partiyanın bu baryeri keçə biləcəyi proqnozlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir