AKTUAL Manşetüstü

Enes İbrahim: “Makedoniya Türk dünyası ilə əlaqələrə xüsusi önəm verəcək”

Sharing is caring!

Makedoniya Milli Məclisinin sədri Talat Caferi Qazaxıstana rəsmi səfər edib. Bu barədə Makedoniya türklərinin rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim məlumat verib.

“Makedoniya Türk dünyası ilə əlaqələrə xüsusi önəm verəcək. Keçən həftə Makedoniya Milli Məclisinin sədri Talat Caferi ilə Qazaxıstana birlikdə gerçəkləşdirdiyimiz rəsmi səfərdə türk dünyasının ağsaqqalı Qazaxıstan dövlətinin sabiq rəhbəri Nursultan Nazarbayevin qızı, Qazaxıstan parlamentinin yuxarı palatasının spikeri Dariqa Nazarbayeva ilə görüşdük. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, vizaların aradan qaldırılması və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub”.

Enes İbrahim Makedoniyanın Azərbaycanla əlaqələrinə toxunub.

“Azərbaycanla əlaqələrin inkişafı diqqətdədir. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Makedoniyanın baş naziri Zoran Zaev arasında görüş keçirildi. Görüşün əsas müzakirə mövzusu vizaların aradan qaldırılması və enerji sektorunda əməkdaşlıq olub”,-deyə siyasətçi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir