AKTUAL manset

BŞİH Milli Şuranın mitinqin keçirilməsi üçün təklif etdiyi yerlərin ayrılmasına razılıq verməməsinin səbəbini açıqlayıb

Sharing is caring!

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-də mitinqin keçirilməsi üçün təklif etdiyi yerlərin ayrılmasına razılıq verməməsinin səbəbini açıqlayıb.

BŞİH-dən “Report”a bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zolaqlarında dinc toplantıların keçirilməsi qadağan edilir.

“Təklif edilən sayda insanın metronun “Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktubuna əsasən, mitinq keçirilməsi təklif edilən yerlərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin daha sıx fəaliyyətdə olduğu metrostansiyaların çıxışlarının yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, eyni zamanda həmin ərazidəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneə törədəcəyindən göstərilən yerlərdə mitinq keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq. Alternativ olaraq, toplantının sentyabrın 28-i saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim – idman bazasında keçirilməsini təklif edirik”, – BŞİH-ın açıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir