AKTUAL manset

Ermənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı saatlar – Azərbaycanlılara satılır

Sharing is caring!

1,3 milyon dollarlıq saatı oğurlanan azərbaycanlı ilə bağlı yayılan məlumatlardan sonra ölkəmizdə brend marka saatlarına maraq göstərənlərin heç də az olmadığı ortaya çıxıb.
XəbərAl.az xəbər verir ki, qiyməti təqminən 1-2 milyon dollar arasında dəyərləndirilən “Richard Mille” markası İsveçrə saatlarının daha çox müraciət edilən reytinq cədvəlində ilk onluğa düşür.

Onluğa düşən saat markalarından biri də “Franc Muller”dir. Zəngin təbəqədən olan insanların brend markadan olan saatlara maraq göstərməsi təəccüblü deyil. Təəccüblü olan azərbaycanlıların da daha çox müraciət etdiyi “Franc Muller” saatlarını istehsal edən kompaniyanın rəhbərinin millətcə erməni Vartan Sirmakes olmasıdır.

Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibi, “ArmSwissBank”ın prezidentidir. Ən diqqətçəkəni Sirmakes – İsveçrədəki erməni diasporunun əsas himayədarıdır. Vartan Sirmakes “Franck Muller” şirkətinin Ermənistanda da nümayəndəliyini açıb və bu ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. Onun rəhbəri olduğu kompaniyanın istehsalı olan saatı alan azərbaycanlılar isə dolayısı ilə Ermənistan iqtisadiyyatına töhfə vermiş olurlar. Hətta faktlar da bunu sübut edir.

2018-ci il aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin evindən edilən oğurluq işində ona aid olan 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung” telefon, 20 min manatlıq “Franck Muller” qızıl saatı, qaz tapançası və suvenir bıçağı götürüldüyü bildirilib.

Məsələnin ən dəhşətli tərəfi budur ki, ermənilər həmin saatın istehsalı üçün istifadə edilən qızıl hissələrini Kəlbəcərin qızıl yataqlarından çıxardıqları təbii ehtiyatlar hesabına əldə edirlər.

26 ildir işğal aldında tapdalanan Kəlbəcər rayonu ərazisində ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları mənfur düşmənlər tərəfindən istismar edilir.

Dolayısı ilə erməni Vartan Azərbaycanın təbii ehtiyatı hesabına ərsəyə gətirdiyi saatını minlərlə dollar qarşılığında elə azərbaycanlılara satır. Əldə edilən maliyyə isə erməni iqtisadiyyatına, erməni əsgərinin saxlanmasına yönəldilir. Həmin erməni isə öz torpağımızda xidmət göstərən əsgərimizə güllə tuşlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir