AKTUAL manset

“Sosial şəbəkələrdə söyüş, təhqir və böhtan…” – Canlı

Sharing is caring!

Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilir.

XəbərAl.az xəbər verir ki, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, xalq artisti Mənsim İbrahimov, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev, jurnalist, tənqidçi İlham Rəhimli və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.

***

Millət vəkili Çingiz Qənizadə bildirib ki, illərdir ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır:

“Müharibə deyəndə, ilk olaraq biz silah-sursat, döyüş qavramını başa düşürük. Ancaq sən demə, ölkəmizə bir vətəndaş müharibəsi də gedirmiş. Biz özümüz bəlkə də bunu hiss etmirik. Amma bu gün sosial şəbəkələrdə gedən bu müharibə əslində, vətəndaş müharibəsidir, tərəfləri ikiyə bölüb. Hər iki tərəfddən bir-birinə söyüş, təhqir və böhtanlar yağdırılır. Əvəzində isə əxlaqımız korlanır”.

Ç.Qənizadə bu halların qarşısının alınması üçün ciddi addımlar atılmamasından təəssüfləndiyini bildirib:

“Vitual dünya hesab olunan sosial şəbəkələrdən son dövrlərdə əxlaqi dəyərlərə sığmayan milli və dini dəyərlərə sığmayan, dilə gətirilməsi, ifadə olunması mümkün olmayan söyüşlərin şahidi oluruq. Söyüş və təhqirlərin baş alıb getdiyi bu sosial şəbəkələrdən müxtəlif yaş qruplarını əhatə edən və müxtəlif sosial statusu olan qadınlar, gənclər, orta məktəb şagirdləri belə istifadə edirlər. Bu cür hallar isə təbii olaraq vətəndaşlarımızın, gənclərimizin tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir və bu yolverilməzdir. Sanki bilə-bilə əxlaqımızı korlamağa çalışırlar.

Biz istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyə çağırırıq və bu hərəkətləri dayandırmağı tələb edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir