AKTUAL

“Uşaqlara işgəncə verənlər ömürlük tədrisdən uzaqlaşdırılmalıdır” – KÖNÜL QULİYEVA

Sharing is caring!

“Bu günlərdə “Mehnur” loqopedik reabilitasiya mərkəzində baş vermiş hadisə hələ də cəmiyyətdə uşaqlara münasibətlə bağlı ciddi problemlərin mövcudluğunu bir daha sərgiləmiş oldu. Fiziki və əqli qüsurlu uşaqlara qarşı törədilən bu cinayətin yalnız bir adı var – insanlığa yaraşmayan vəhşilik. Xüsusi diqqətə və qayğıya ehtiyacı olan, ətrafdakılardan yalnız şirin söz, xeyirxahlıq və mərhəmət hissi gözləyən uşaqlara işgəncə verən qadınlara NİFRƏT hissi ilə baxmamaq olmur…” Bu sözləri Hurriyyet.az-a “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri Könül Quliyeva açıqlamasında bildirib.

Könül Quliyeva qeyd edib ki, hamımız bir ağızdan deyirik: “Bu vəhşiliyi törədənlər qanunun ən sərt maddəsi ilə cəzalanmalıdırlar. Amma bu azdır… İnsanlıqdan uzaqlaşmış bu vəhşi canlılar ciddi ictimai qınaqla üzləşməli, hər yerdə və hər zaman onların qarşısına keçilməz sədd çəkilməli, təlim-tərbiyə prosesindən ömürlük kənarlaşdırılmalıdırlar. Təşkilat sədri qeyd edib ki, bu hadisə (eləcə də son dövrlər təhsil və tərbiyə müəssisələrində baş vermiş bu cür xoşagəlməz hadisələr) vətəndaş cəmiyyətində hərtərəfli müzakirə olunmalı, bu növ cinayətlərin kökü, onların törədilmə səbəbləri müəyyən edilməli və ciddi araşdırılmalıdır. Özəl bağçalar və məktəblərin fəaliyyəti heç bir halda dövlət nəzarətindən kənarda qalmamalı, vətəndaş cəmiyyətinin daim diqqət mərkəzində olmalıdır. Bu növ müəssisələrə işə qəbul sosioloji sorğular və psixoloji testlər tətbiq edilməklə mərhələli şəkildə keçirilməlidir. Bu məqsədlə bütün özəl təlim-tərbiyə müəssisələri üçün vahid təlimatlar hazırlanmalı və onların icrasına nəzarət ictimai şuralara həvalə edilməlidir. Unutmayaq ki, “özəllik” “özbaşınalıq” demək deyildir”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir