Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Göyçayda toyda 14 nəfər zəhərləndi

22-07-2018, 22:27
Ana Səhifə » Region, Hadisə » Göyçayda toyda 14 nəfər zəhərləndi
Göyçayda toyda 14 nəfər zəhərləndi Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.



XəbərAl.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.



XəbərAl.az
  • Oxunma Sayı 10580
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info