Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Sərxoş İsmayıllı sakini mismarla özünü yaraladı, polisə şikayət etdi

17-09-2018, 08:45
Ana Səhifə » Ölkə, MARAQLI » Sərxoş İsmayıllı sakini mismarla özünü yaraladı, polisə şikayət etdi
Sərxoş İsmayıllı sakini mismarla özünü yaraladı, polisə şikayət etdi İsmayıllı rayon sakini tanımadığı şəxs tərəfindən döyüldüyünü iddia edib.

Oxu.Az-ın məlumatına görə, Gözəlov Avtandil Firudin oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək döyüldüyünü bildirib.

Onun sözlərinə görə, axşam saatlarında evinə gedərkən naməlum şəxs tərəfindən saxlanılıb və zorla çay kənarına aparılıb.

A.Gözəlov bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirildiyini deyib.

İsmayıllı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, spirtli içki aludəçisi olduğundan hər gün işdən sonra yaxınlıqda yerləşən kafelərdə içki qəbul edir.

Sentyabrın 15-i saat 20:00 radələrində də spirtli içki qəbul etdikdən sonra evə qayıdarkən içkinin təsirindən evinin yolunu səhv salıb və yaxınlıqdakı “Talıstanaltı” deyilən meşə sahəsinə gedərək yolu azıb.

Həmin vaxt üzərində olan mobil telefonla yaxınlarına məlumat verə bilməyib və əsəbləşib. Haradan tapdığını və sonradan da hara atdığını xatırlamadığı mismarla bədəninin müxtəlif nahiyələrini cızaraq, özünə xəsarət yetirib.

Araşdırma zamanı məlum olub ki, vətəndaş A. Gözəlov 2015-ci ilin iyun ayında da sərxoş vəziyyətdə olarkən tanımadığı şəxs tərəfindən döyülməsi barədə İsmayıllı RPŞ-ə ərizə ilə müraciət edib. Həmin ərizə üzrə araşdırma zamanı dediyi məlumat öz təsdiqini tapmayıb.

XəbərAl.az
  • Oxunma Sayı 9120
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info