Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Nazir yeni rəisi kollektivə təqdim etdi

6-11-2018, 09:51
Ana Səhifə » Mədəniyyət » Nazir yeni rəisi kollektivə təqdim etdi
Nazir yeni rəisi kollektivə təqdim etdi Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

XəbərAl.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov iştirak edib.

Ə. Qarayev çıxış edərək bildirib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işləmiş Vüqar Zeynalov prezidentin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Nazir bu sahədə qarşıda duran vəzifələrdən danışıb, mədəni xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək mədəniyyət sahəsində çalışmaqdan məmnunluğunu bildirib, yeni idarə rəisinə təbriklərini çatdırıb.

Ə. Qarayev daha sonra Cəlil Məlikovu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivinə təqdim edib.

Cəlil Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

“Qafqazinfo”
XəbərAl.az
  • Oxunma Sayı 720
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info