Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Mehriban Xanlarovanın tamaşaçıya atdığı təpik - "Azəri Vandam" hara, efir hara? - VİDEO

18-10-2018, 07:09
Ana Səhifə » Mədəniyyət » Mehriban Xanlarovanın tamaşaçıya atdığı təpik - "Azəri Vandam" hara, efir hara? - VİDEO
Mehriban Xanlarovanın tamaşaçıya atdığı təpik - Deyəsən, Azərbaycanda efirə çıxmaq üçün qaydalar sadələşdirilir.

XəbərAl.az yenicag-a istinadən xəbər verir ki, bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur.

Sosial şəbəkələrdə bir az yüngüllük etmək bunun üçün kifayətdir.

Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib səni efirə çıxarır.

İndi isə növbə ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan "Azəri Vandam”ındır.

Gözünüz aydın, artıq bu şəxs də televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan növbəti verilişdə ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.

Budur, sizə təqdim etdiyimiz kadlar bu gün efirə gedən "Canım sizə desin” verilişindədir. Əməkdar artist Mehriban Xanlarova "Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir. Əslində, əməkdar artisti təpiyi "Vandam”a yox, onu verilişə çıxararaq təhqir etdiyi tamaşaçısına atdı.

Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı…

  • Oxunma Sayı 7280
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info