Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

"Xəzərin dibi ilə Bakıya neft kəməri çəkilə bilər" - Çavuşoğlu

9-11-2018, 15:11
Ana Səhifə » Manşet, Siyasət » "Xəzərin dibi ilə Bakıya neft kəməri çəkilə bilər" - Çavuşoğlu
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

Unikal.org-un məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub.

Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb.

Bundan sonra Çavuşoğlu jurnalsitalərin suallarını cavablandırıb:

"Tarixi İpək Yolu”nun canlandırılmasında Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə çox önəmli öhdəliklər düşür. Bu yolda ən əhəmiyyətli üç ölkə bizik.

Müzakirələrimiz zamanı "Tarixi İpək Yolu”nun canlandırılması üçün bir tərəfdən dəmiryollarının həyata keçirilməsi, digər tərəfdən quru nəqliyyatı kimi və enerji təhlükəsizliyi, xüsusilə Türkmənistanın çıxardığı qazın Avropa və dünya bazarlarına çatması üçün TANAP kimi lahiyələrimizə necə əlaqə yarada bilərik kimi fikirləri dəyələndirdik. Hətta "Xəzər dənizinin altından neft boru xəttlərini necə keçirə bilərik?” mövzusu da müzakirə olundu.

Prezident R.T.Ərdoğanın Türkmənistana ziyarəti planlaşdırılır. Bu ziyarət əsnasında bəlkə Türkmənistan, Azərbaycan, Türkiyə üçlü zirvə görüşü də gerçəkləşdirə bilərik”.


XəbərAl.az
  • Oxunma Sayı 520
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info