Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir

9-11-2018, 10:50
Ana Səhifə » Manşet, Siyasət » Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir
Hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

"Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.

XəbərAl.az
  • Oxunma Sayı 440
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info