Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

AXCP üzvü anasını döyüb, polisə düşdü, siyasi məhbus dəllalları pula görə dalaşdı - Kərimli cəbhəsində gərginlik

7-11-2018, 16:54
Ana Səhifə » Manşet, Siyasət » AXCP üzvü anasını döyüb, polisə düşdü, siyasi məhbus dəllalları pula görə dalaşdı - Kərimli cəbhəsində gərginlik
AXCP üzvü anasını döyüb, polisə düşdü, siyasi məhbus dəllalları pula görə dalaşdı - Kərimli cəbhəsində gərginlik Hazırda AXCP tərəfdarları və Milli Şura üzvləri arasında qalmaqallar yaşanır. Bu qalmaqallar adət-ənənələrimizlə, ictimai əxlaqla, mənəvi dəyərlərlə bir araya sığmır. Özlərini mövcud hakimiyyətə alternativ kimi təqdim edənlərin sosial-siyasi həyatlarında elə olaylar yaşanır, adam mat qalmaya bilmir. Özgə vaxt hər kəsə əxlaq və dürüstlük dərsi keçənlər sən demə, çox ayıb işlərlə məşğul olur. Zatən, bu adamların gerçək siması Azərbaycan ictimaiyyətinin siyasətlə maraqlanan və qəzet oxuyan təbəqəsinə yaxşı tanışdı.

Zaman-zaman Ə.Kərimlinin rəhbərlik etdiyi dəstə üzvləri arasında müxtəlif qalmaqallar yaşanır. Bunlar da sosial və peşəkar mediaya yansıyır. Musavat.com növbəti bu cür qalmaqallı olaylar haqda məlumatı oxucuların diqqətinə çatdırır.

Bu günlərdə AXCP tərəfdarı Fatimə Mövlamlı (özünü jurnalist kimi qələmə verir) oktyabrın 23-də DİN Binəqədi RPİ-nin 4-cü bölməsi tərəfindən saxlanılıb. Buna səbəb Fatimə Mövlanlının öz anasını döyməsi və sonuncunun bununla bağlı polisə şikayət etməsi olub. AXCP funksionerləri bu biabırçılığı ört-basdır etmək üçün məsələni siyasiləşdirmək istəyiblər. AXCP nomenklaturası həmişəki populist şüarlardan, nimdaş arqumentlərdən istifadə edərək, olaya başqa don geydirməyə çalışıblar. Onlar F.Mövlamlının polisə çağırılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirib, “Azərbaycan xanımına (yəni Fatimə Mövlanlıya-red.) qarşı bu cür addımlar atılmasını” pisləyiblər.

Fatimə Mövlamlı da özü ilə bağlı məsələni böyütmək və siyasiləşdirmək istəyib. O, oktyabrın 24-də sərbəst buraxıldıqdan sonra facebook profilində status yazaraq “doğması” saydığı şəxslə (diqqət edin, anası demir-red.) mübahisə etdiyini və onun şikayəti əsasında polis bölməsinə çağırıldığını bildirib. Onun fikrincə, polis bundan istifadə edərək siyasi fəaliyyətinə görə ona təzyiqlər edib.

XəbərAl.az
  • Oxunma Sayı 1280
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info