Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Üz qarası bəzi QHT-lər, bozbaş qoxulu TV-lər- Mirismayıl Xələfli yazır....

21-10-2018, 10:35
Ana Səhifə » Manşet, Araşdırma » Üz qarası bəzi QHT-lər, bozbaş qoxulu TV-lər- Mirismayıl Xələfli yazır....
Üz qarası bəzi QHT-lər, bozbaş qoxulu TV-lər- Mirismayıl Xələfli yazır.... Dövlətin üzqaraları bozbaş QHT-lər... Ölkəmiz müstəqillik qazandıqdan sonra, bir çox azadlıqlarımız və demokratik hüquqlarımız bərpa olundu, müstəqil media yarandı və sair və ilaxır...
Əlbəttə ki, azad söz və ifadə meyarları formalaşdı. Siyasi partiyalarla yanaşı, qeyri-hökumət təşkilatları, ictimai birliklər yaradıldı. Bütün bunlar demokratik mühit üçün çox yararlı bir faktorlardır. Gəlin görək bu kimi yararlı faktorlara nə qədər əməl olunur? Ümumiyyətlə, ictimai rəy buna necə dəyər verir? Yaxud, bu qurumlar ölkənin ictimai-siyasi həyatında nə qədər töhfəverici rol almaqdadır? Bəli, söhbət bu dəfə məhz QHT-lərdən gedir. Hazırda Azərbaycanda yüzlərlə QHT-lər müxtəlif istiqamətlərdə fəaliyyət göstərir-xeyriyyəçilik, uşaq və qadın hüquqlarının, media, təhsil, mədəniyyət, səhiyyə, əmək və müharibə veteranlarının hüquqlarının müdafiəsi və sair. Bax, həmin yüzlərlə dövlət qeydiyýatından keçən QHT-lərdən barmaqla sayılacaqlar var ki, onlar öz profilləri istiqamətində normal fəaliyyət göstərir. Fəqət, digərləri təəssüf ki, tamamilə başqa məqsəd güdürlər-şəxsi mənfəət, maddiyyat üzərində "fəaliyyət" göstərirlər. Halbuki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fondu uzun illərdir ki, çalışır,qrantlar ayırır,maarifləndirici tədbirlər keçirir. Necə deyərlər, kənardan baxanda hər şey güzgü kimi görünsə də bu məsələnin bir əmması var. Hərə əlində bir QHT möhürünü götürüb,bəzənib- düzənib düşüb deputatların,nazirlərin canına. Gəl görəsən şəkil çəkdirmək üçün növbəyə durana bax, oteldə nömrə ayırdana bax, nə bilim yeməyə dəvət edənə bax. Elə bilməyin ki mən ancaq əks cinsin nümayəndələrinə sataşıram. Haşa.İndi "kişiciklər" daha çox qapılarda növbəyə dururlar. Fond hesabat tələb edəndə də beş üç qonşusunu yığıb əldəqayırma videomaterial hazırlayıb informasiya məkanına ötürməklə süni “layihələr” təqdim edirlər. Adını da qoyurlar, filan QHT behməkan layihə çərçivəsində “möhtəşəm” tədbir keçirdi. Özü də ki, “qəpiyinə-qəpik” . Təsəvvürünüzə gətirin ki, bilavasitə Cənab Prezidentin yanında fəaliyyət göstərən Fond qrant layihəsi elan edir və QHT-lər bir-birindən fərqlənməyən qondarma, plagiat layihələr vasitəsilə birbaşa dövləti aldadırlar. Hətta elə QHT rəhbərləri var ki, “layihələrinin” mahiyyətini doğru-düzgün anlamırlar. Sadəcə, pul-para qırmaqla məşğuldurlar. Vəssəlam, şüttəmam! Bu da oldu tədbir. Daha həmin “layihənin” məntiqi nəticəsi, istiqamətinin səmərəsi, ümumiyətlə heç nəyi bəlli olmur. “Hesabat” da ki, öz yerində... Maraqlıdır ki, belə QHT-lərin əksəriyyəti məmurlara məxsusdur. Daydayı olanlar hər dəfəsində qrant alıb restoranda kef çəkir, "yetimlər" də qrant yerinə rus demiş qırmızı bir qranat alırlar. İldə iki dəfə “qalib” olan bığıburma daydaylıların indi görün ki insanları maarifləndirməyə ehtiyac yoxdur, onların özlərini maarifləndirən lazım.
Ay goru çatlamış Məşədi Kazım hardasan?!
Kimlər kimlərə dərs keçir İlahi! Maarifləndirmədən söz düşmüşkən hələ bu televizya proqramlarına çıxan əndamlı, silikonlu, peçatlı QHT rəhbərləri görəsən kimə nəyi izah edirlər? Və ümumiyyətlə içkidən leş qoxan ağızlarına necə millət, xalq, mentolitet ifadələrini alırlar bu da ayrı bir dərddir. Reytinq xatirinə bazar adamlarını bir yerə toplayıb şou yaradan proqram rəhbərlərinə nə deməli? Hansı elmi savadına, hansı kriteriyalara görə bu sifətsizlərə meydan verirlər? Düzdür, bu sualın cavabı da var. Ancaq həmin cavabları da, həqiqəti də müvafiq qurumların diqqətinə çatdırmaq biz jurnalistlərin boynunun borcudur. Zurnalistlərin yox a jurnalistlərin. Medianın borcudur ki, dövlətin yaratdığı əlverişli mühitdən şəxsi mənfəətləri naminə yararlanmaq istəyənləri ifşa etsin. Əks-halda, Azərbaycanın QHT sektoru inkişaf deyil, tənəzzülə doğru gedəcək.Demədi deməyin!

XəbərAl.az
  • Oxunma Sayı 20620
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info