Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

"Modern hospital"da ölən xəstənin - Ölüm səbəbi

17-10-2018, 14:23
Ana Səhifə » Manşet, Araşdırma » "Modern hospital"da ölən xəstənin - Ölüm səbəbi
Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümünün səbəbi açıqlanıb.

XəbərAl.az xəbər verir ki, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumi intoksikasiyası (zəhərlənmə) olub:

"Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs bundan ölüb. Orqanizmin ümumi intoksikasiyası ölümün bilavasitə səbəbidir”.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

XəbərAl.az
  • Oxunma Sayı 2300
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info