Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT

15-10-2018, 13:58
Ana Səhifə » Manşet, Gündəm » Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT
Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT Sakinlərlə söhbətimiz zamanı onlar kompensasiyanın azlığından da şikayətləndilər. Onlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Natiq adlı şəxsin və Xətai rayon İcra nümayəndələyindən Məhəmmədhüseyn adlı şəxslərin gədiyini və bizi razı salmağa çalışsalarda, amma hər şeyin əksinə olduğunu bildirdilər. Daha sonra, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin digər bir nümayəndəsi olan Əhliman adlı şəxs məcburi köçkünlərlə qeyri-etik şəkildə davranaraq, sakinləri işığı və qazı kəsəcəyiylə hədələyir.
“Fərdi yaşayış evləri pilot layihəyə şamil edilmir. İcra hakimiyyəti bizi aldadır. Pilot layihədə söhbət yaşayış binalarından gedir ", deyə şikayətçi bildirib.
“Bakı qeydiyatında olan, lakin adına heç bir kommunal borc olmayan şəxslər gəlib burda yalnız pul almaq məqsədilə ev tikib”
Azərbaycanda 2 cür söküntü halı baş verir: birincisi dövlət əhəmiyyətli halda, ikincisi isə hökumət hər hansı binanın şəhərin görüntüsünü pozmasına qərar verəndə. Qanuna görə, dövlət 4 istisna halda torpaqları ala bilər. Yəni bu, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi halında baş verə bilər.
Biz, əraziyə baş çəkib sakinlərin şikayətini işıqlandırdıq. Məsələylə bağlı adları göstərilən şəxslərin münasibətini dərc etməyə hazırıq.
Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT
Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT
Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT
Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT
Xətai sakinlərini uçuruma aparan söküntü-“Qaçqınkom” və Xətai İcra nümayəndəliyindən ŞİKAYƏT
  • Oxunma Sayı 3600
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info