Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Masallıda bənzərsiz inkişaf və son nailiyyətlər

15-10-2018, 11:00
Ana Səhifə » Manşet, Region » Masallıda bənzərsiz inkişaf və son nailiyyətlər
Masallıda bənzərsiz inkişaf və son nailiyyətlər
Azərbaycanın günü -gündən gözəlləşən şəhərlərindən biri də son illər inkişafı ilə xüsusi diqqət çəkən Masallı şəhəridir. Respublikanın cənubunda yerləşən Masallı Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Ələt–Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.

XəbərAl.az bildirir ki, Sahəsində maksimal hündürlük 917 m-ə çatır, ən aşağı ərazisi Xəzər dənizi sahillərində -26,5 m.dir. Mineral və geotermal mənbələr var. Yanvar ayının orta temperaturu 2,5 ° C, iyul ayının orta temperatur 25,6 ° C. İllik yağıntının miqdarı - 600-800 mm. arasında dəyişir. Ən böyük çayı Viləşdir. şabalıd palıd, vələs, fıstıq, Ambur (Parrotia persica), palma Hirkan, tarix-gavalı, əzgil. Meşələrin ümumi sahəsi 16,9 hektardır - Ağac növlərindən şabalıdyarpaq palıd, vələs, palıd, fıstıq, əzgil, gavalı, dəmirağac, lənkəran akasiyası, azad, şümşad kimi növlər var. Əksəriyyəti endemik növdür.
XəbərAl.az xəbər verir ki, Masallı rayonu 1930-cu ildə salınmışdır.
Sovet dövründə Masallı respublika əhalisinin tərəvəz məhsulları ilə təmin edilməsində yaxından iştirak etmişdir. Eyni zamanda burada yetişdirilən nemətlər Rusiya Federasiyasının müxtəlif şəhərlərinə göndərilmişdir.
Lakin SSRİ-nin süquta uğraması nəticəsində Rusiya ilə iqtisadi əlaqələr, demək olar ki, tamamilə kəsildi. Kolxoz və sovxozlar ləğv edildi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və vəziyyəti düzəltmək, ölkəni xaosdan, hərc-mərclik bataqlığından çıxarmaq üçün yorulmaq bilmədən çalışdı. “Əsrin müqaviləsi”ni imzaladı, çoxlu sayda islahatlar apardı.
2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı ilk Dövlət Proqramı Masallı rayonunun həyatında da mühüm rol oynadı. Proqram çərçivəsində başlanan tikinti-quruculuq və abadlıq işləri 2009-2013-cü illər üçün qəbul edilən növbəti Dövlət Proqramı ilə davam etdi. Həyata keçirilən hər bir iş, tədbir Masallının görkəminə sığal çəkdi. Yeni tikilən və əsaslı təmir olunan binalar, salınan parklar, bağlar, xiyabanlar, asfaltlaşdırılan küçə və prospektlər bu qədim diyarın simasını büsbütün dəyişdi. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olundu, ən ucqar kəndlərə belə, təbii qaz xətti çəkildi. Sahibkarlara yaradılmış şərait nəticəsində yeni turizm obyektləri, istehsal müəssisələri fəaliyyətə başladı. Onlarca təhsil, səhiyyə, mədəniyyət ocağı, digər sosial əhəmiyyətli obyektlər inşa edildi.
Cənub bölgəsinin iri kənd təsərrüfatı və sənaye mərkəzi kimi tanınan Masallıya davamlı şəkildə dövlət qayğısı göstərilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayona səfərləri, sosial-iqtisadi və mədəni inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncamlar göstərilən qayğının bariz nümunəsidir.
Bu günlərdə cənab Prezidentin Masallıya növbəti səfəri yerli sakinlərin böyük sevincinə, razılığına səbəb olmuş, yaddaşlarda dərin iz qoymuşdur. Masallılılar ölkə başçısının səfərindən məmnunluqla söhbət açır, göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Qazlaşdırma 100 faizə yaxınlaşır. Rayonun sakinləri dayanıqlı elektrik enerjisi ilə təmin olunub. Yeni yollar çəkilir, rayonda kənd yollarının təxminən 85 faizi yenidən qurulub.
Möhtərəm Prezidentimiz Masallı və Biləsuvar rayonlarına səfərləri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışında da iştirak edib. Yeni yol paytaxtla məsafəni təxminən 40 kilometr qısaldır. Masallı sakinləri bu yolun istifadəyə verilməsini ürəkdən alqışlayır və cənab Prezidentə minnətdarlıqlarını bildirirlər.
Masallıda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı ilin iyun ayında sərəncam imzalanmışdır. Bu məqsədlə Ələt-Astara magistral yolunun 165-ci kilometrində 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Artıq layihə üzrə bina və qurğuların tikintisi yekunlaşıb. Burada işləri qurmaq üçün yerli sahibkarlarla müzakirələr aparılıb və müvafiq məlumatlar toplanıb.

Möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı ilə ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlərin parlaq nümunələrini doğma Masallımızda əyani şəkildə görürük.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğısından hər zaman bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin sentyabrında buraya səfərini, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyinin, “ASAN həyat” kompleksinin, Uşaq-incəsənət məktəbinin, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, həmçinin şəhərin içməli su təchizatı layihəsinin açılış mərasimlərində iştirakını minnətdarlıqla xatırlayırlar.
Əldə etdiyimiz məlumata görə, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 305,6 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,6, kənd təsərrüfatı məhsullarının həcmi 17,3, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,3 faiz artıb. Bu ilin altı ayında Masallı Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 893 vətəndaşdan 581 nəfəri işlə təmin olunub. Rayonda turuzm potensialından istifadə genişlənməkdədir.
Rayon İcra Hakimiyyəti başçısının 10 ərazi nümayəndəlikləri ilə birbaşa elektron rabitə sisteminin qurulması başa çatdırılmışdır. Bu ərazilərin əhalisi birbaşa həmin məntəqələrdəki kompyuter vasitəsi ilə Rayon İcra hakimiyyətinin başçısı ilə ünsiyyət qura bilirlər.Bu da məmurla vətəndaş arasındakı əlaqələri daha gücləndirir.
Uzun illərdir ki, Masallı rayon sakinlərini ən çox narahat edən məsələlərdən biri də rayonun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmamasıdır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara tapşırıqlar vermiş və ölkə rəhbərinin nəzarətində olan məsələnin həlli istiqamətində qısa müddətdə müsbət nəticələr əldə olunmuşdur. “Azərsu” ASC-i tərəfindən ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır.
Müvafiq Dövlət Proqramlarına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında son illərdə Masallıda 34 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur.
Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir. Uşaq bağçalarına ümumilikdə 500 yataq dəsti və çarpayı verilmiş, habelə digər invertarla təmin olunmuşdur.
Rayonda fəaliyyət göstərən 62 səhiyyə müəssisəsinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür.
Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Hüseynov Rafil İsrafil oğludur. Rafil Hüseynov Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Mətbuatdan oxuyuram ki, Masallı haqqında xoşagəlməz məlumatlar yayılıb. Rayonun və rayon rəhbərlərinin bir sıra özəlliklərindən danışamaqdansa, yalan informasiyalarla ürək bulandırmağa çalışırlar. Düşünürəm ki, masallının adını bu cür məlumtlarda hallandırmağa mənəvi haqqımız yoxdur.

Masallıda səfərdə olduğum zaman şahidi olduğum yeniliklərdən sonra deyə bilərəm ki, ölkəmizin cənub bölgəsinin coğrafi mərkəzi sayılan Masallının dağlıq zonası nə qədər gözəl və cazibədardırsa, rayon mərkəzi və düzən ərazilər bir o qədər abaddır. Son illərdə burada baş verən yenilikləri saymaqla qurtarmaz. Mədəni Əhəmiyyətli sahələrdə yeni infrastrukturların yaradılması rayonun işgüzar ab-havasına rəng qatıb desək, yanılmarıq. Müsahibəm zamanı Masallı sakinlərinin üzündəki təbəssümdən görülən işlərdən razılıq əlamətini asanlıqla sezirdim.
Masallı sakinləri onların sağlamlığının qayğısına qalan, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün hər cür işlər görən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya və Masallı İcra başçısı Rafil Hüseynova minnətdarlıqlarını bildirirlər.
Mirismayıl Xələfli

XəbərAl.az
  • Oxunma Sayı 12720
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info