Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Quraqlıq və yanğınlar artacaq, dünyada aclıq başlayacaq – BMT-də HƏYƏCAN

8-10-2018, 14:01
Ana Səhifə » Manşet, Dünya » Quraqlıq və yanğınlar artacaq, dünyada aclıq başlayacaq – BMT-də HƏYƏCAN
Quraqlıq və yanğınlar artacaq, dünyada aclıq başlayacaq – BMT-də HƏYƏCAN Dünyanın yeni iqlim böhranı qarşısında olduğu açıqlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekpsert Qrupu (İPCC) bu barədə geniş hesabat hazırlayıb.
Hesabata görə, 2030-cu ildə planetdə havanın temperaturu 1,5 dərəcə artacaq və təhlükəli həddi keçəcək. Nəticədə dünyada qlobal quraqlıq, ərzaq çatışmazlığı və yanğın halları artacaq.
Bundan başqa, Artika buzlaqları istilərə görə əriyəcək və bu, dəniz səviyyəsinin artmasına, daşqınlara yol açacaq.
“Enerji və nəqliyyat sistemində ciddi dəyişikliklər olmalıdır ki, temperatur 1,5 dərəcə artmasın. Bunun üçün zərərli qazların buraxılması 2030-cu ilə qədər 45%-ə, 2050-ci ilə qədər isə 0-a düşməlidir”.
BMT Baş katibi Antoniu Qutyerreş 2017-ci ildə təbii fəlakətlərə görə dünya iqtisadiyyatına 320 milyard dollar zərərin dəydiyini hesablamışdı.

XeberAl.az
  • Oxunma Sayı 2800
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info