Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Türkiyə və Yunanıstanda həyəcan- Kabus Başladı! (VİDEO+FOTO)

30-09-2018, 10:47
Ana Səhifə » Manşet, Dünya » Türkiyə və Yunanıstanda həyəcan- Kabus Başladı! (VİDEO+FOTO)
Türkiyə və Yunanıstanda həyəcan- Kabus Başladı! (VİDEO+FOTO) Türkiyə və Yunanıstan Həyəcanda! Gözlənilən Qasırğa Kabusu Başladı

XəbərAl.az xəbər verir ki, Yunanıstana təsir etməyə başlayan qasırğa, Cənubi İon bölgəsində və Peloponezin cənub-qərbində torpaq sürüşməsi və nəhəng dalğalarla özünü göstərməyə başladı. Axşam saatlarında Yunanıstan-Türkiyə arasında Egey Dənizinə doğru gəlməsi gözlənilən qasırğa üçün İstanbul İcra Hakimiyyətindən xəbərdarlıq gəlib. Şiddətli yağış, sürüşmə və nəhəng dalğalarla özünü göstərdi. İon Dənizində yaranan tropik fırtınanın axşam saatlarında Yunanıstan-Türkiyə arasında Egey Dənizinə doğru gəlməyə başlayıb.
QASIRĞA Bir Çox YERDƏ ELEKTİRİK FASİLƏSİNƏ SƏBƏB OLUB
Türkiyə və Yunanıstanda həyəcan- Kabus Başladı! (VİDEO+FOTO)


Qasırğa bir çox yerdə elektrik fasiləsinə səbəb olub. Meteorologiya mərkəzinin son məlumatına görə, Qasırğanın Attika bölgəsinə bu gün günortadan sonra çatacağı gözlənilir.


QASIRĞA TÜRKİYƏNİN CƏNUB-qərb SAHİLLƏRİNİ DƏ VURACAQ

Məlumata görə, şimal və qərb sahilləri ilə Yunanıstanın cənubundakı adalarda çox qabarıq bir şəkildə baş verəcək olan qasırğanın Türkiyənin cənub-qərb sahillərini də vurması gözlənilir.
Türkiyə meteoroloqları Mərmərə, Egey və Aralıq dənizlərində başlayan güclü fırtınanın sahilyanı vilayətlərdə ciddi təhlükə yaradacağı barədə əhalini xəbərdar ediblər.

Küləyin sürətinin bəzi bölgələrdə 100/120 kilometr/saata qədər yüksələcəyi bildirilir.

Xəbərdarlıq edilib ki, ən böyük təhlükə İzmir, Aydın və Manisa bölgələrində gözlənilir. Güclü küləyin evlərin dam örtüyünü, böyük ağacları, elektrik dirəklərini, hətta maşınları aşıra biləcəyi proqnozlaşdırılır. Bununla bağlı yaradılan fövqəladə vəziyyət mərkəzləri ağır texnika, su nasosları, xilasedici maşın və heyətlərlə təmin olunub.



Vüsalə Qələndərli
XəbərAl.az
  • Oxunma Sayı 12860
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info