Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

“Qiymət artımı gediş haqlarının yüksəldilməsi ilə yekunlaşmayacaq” - PROQNOZ

3-08-2018, 16:48
Ana Səhifə » Manşet, İqtisadiyyat » “Qiymət artımı gediş haqlarının yüksəldilməsi ilə yekunlaşmayacaq” - PROQNOZ
“Qiymət artımı gediş haqlarının yüksəldilməsi ilə yekunlaşmayacaq” - PROQNOZ “Nə qədər ki, ölkənin maliyyə-bank sektorunun işi düzgün qurulmayıb, ölkədə qiymət artımı qaçılmaz olacaq”.

Bunu Moderator.az -a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. İ.Ağzadənin sözlərinə görə, qiymət artımlarının qarşısını almaq üçün bank-maliyyə sisteminin işinin düzgün qurulması zəruridir:

“Azərbaycanda əsas investisiya qoyulan sahələr – istər enerjidaşıyıcıları, istər nəqliyyat, istərsə də digər sahələr xaricdən məhsul və avadanlqıları dollar və ya avro ilə alıblar. Onlar öz üzərlərinə borc-kredit məsuliyyət götürüblər. Manat devalvasiya olunmamaışdan öncə əhalidən 100 min pul toplanılırdısa, bu pul 120 min dollar vəsaiti qaytarmağa kömək edirdisə, indi 100 min manatın toplanması, təxminən 60 min dolların geri qaytarılması deməkdir. Yəni əvvəlki ilə müqayisədə iki dəf az vəsait geri qaytarılır. Bu kreditlərin ödənilməsi üçün müvafiq strukturlar mütəmadi olaraq Tarif Şurasına müraciət edirlər.
Hesab edirəm ki, qarşıdakı dövrlərdə benzinin, işıq və qazın qiymətinin qaldırılmasına da şahid olacayıq. Hökumət bank sistemini düzəltməlidir ki, bu kimi problemlər gələcəkdə yaşanmasın”.

XəbərAl.az
  • Oxunma Sayı 10980
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info