Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

"Şagirdlərinə İ-phone hədiyyə edən müəllim..."

19-07-2018, 09:27
Ana Səhifə » Manşet, Region » "Şagirdlərinə İ-phone hədiyyə edən müəllim..."
Bəli, nə qədər də qəribə səslənsə, bu belədir. Ulu Öndər Heydər Əliyevin: " Mən yer üzündə müəllimdən uca ad tanımıram" kəlamını daim qəlbində yaşadan, sevən və sevdirən, müəllim adının haqqını artıqlaması ilə verən müəllimdir o. Söhbət Müşviq müəllimdən gedir...





                   "Şagirdlərinə İ-phone hədiyyə edən müəllim..."



Hacıyev Müşviq Mürsəl oğlu 1991-ci ilin 19 iyun tarixində Mil düzü, Muğan yaylağının beşiyi olan Saatlı rayonunun Sarıcalar kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açıb. Atası, Mürsəl kişi, anası, Sevil ana min bir əziyyətlə 4 oğul, 3 qız övladı böyüdüb boya-başa çatdırıblar. Evin son beşiyi olan Müşfiq hələ uşaqlıq illərindən oxumaq həvəsində olub, bu yolda addımlamışdır. Ən böyük arzusu isə riyaziyyatçı olmaq idi. 2008-ci ildə Saatlı rayon Sarıcalar kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək Sumqayıt Dövlət Universitetinin "Fizika- Riyaziyyat” ixtisasına qəbul olub. Beləliklə, 17 yaşlı bu gəncin həyatında yeni-yeni qapılar açılıb. Tələbə olduğu müddətdə ölkəmizin ictimai, elmi və mədəni həyatında fəal iştirak edib, dəfələrlə fəxri-fərman və diplomlarla təltif olunub. Universiteti bitirdikdən sonra hərbi xidməti da uğurla başa vurub. Qəlbində bircə arzusu vardı - riyaziyyatçı olmaq… Qismət onu elə məhz sevdiyi ixtisasına gətirib çıxardı...

                   "Şagirdlərinə İ-phone hədiyyə edən müəllim..."


Lakin müəyyən səbəblərdən tam-tamına 2 il pedaqoji fəaliyyətdən uzaq düşdü. Müxtəlif sahələrdə çalışdı. Hansı istiqamətə yönəlirdisə, qısa zamanda böyük uğur və etibar qazanırdı. Bu da, təbii ki, sahib olduğu saysız-hesabsız müsbət keyfiyyətlərlə bağlıdır! Nəhayət, M. Hacıyev pedaqoji fəaliyyətə döndü. Qəlbindəki arzusu kimi, məhz riyaziyyatçı olaraq döndü və təxminən 4 il öncə imtahanla "Hədəf" Kurslarına riyaziyyat müəllimi kimi işə düzəldi. Burada da qısa zaman ərzində böyük nüfuz qazandı. Savadı, dünyagörüşü, mədəniyyəti ilə sayılıb-seçilən, böyüklə böyük, kiçiklə kiçik olan Müşviq müəllim geniş şagird kütləsinin də hədsiz sevgi və hörmətini qazandı. Və bu gün M. Hacıyev, əminliklə deyə bilərəm ki, ölkə miqyasında tanınmış ən gənc riyaziyyatçılardan biridir və yetirmələri də nüfuzlu universitetlərin nüfuzlu ixtisaslarında təhsil alırlar. Heç bir şagirdini hədiyyəsiz, qayğısız qoymayan müəllim, asudə vaxtlarını da öz şagirdlərinə həsr edir, onların dünyagörüşünün təkmilləşməsində müstəsna rol oynayır. Qəbul imtahanlarında 600 balı keçən onlarca yetirməsi var. Və hədəf olaraq 700 bal toplayan şagirdinə ən son model İ-phone markalı telefon hədiyyə edəcəyini bildirib. Onun bu təqdirəlayiq hərəkəti şagirdləri istər-istəməz güclü rəqabətə və güclü nəticələrə sövq edir. Ən böyük arzularından biri də ixtisası üzrə kitab müəllifi olmaqdır. Ümid edirik ki, bu arzu tez bir zamanda reallığa çevriləcəkdir!

Belə müəllimlərimiz varolduqca, yaşadıqca, yaşatdıqca dövlətimiz və dövlətçiliyimiz daha da qüdrətlənəcəkdir. Müşviq müəllim və onun timsalında bütün savadlı, potensiallı, sayılıb-seçilən müəllimlərə işlərində uğurlar, uzun ömür, can sağlığı arzulayırıq.



"Çıraq" Tədris Mərkəzinin icraçı direktoru, Vahid Fəxri




XəbərAl.az
  • Oxunma Sayı 36780
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info