Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Sumqayıtda OLAY: Kişini ölümcül döyüb, qulağını kəsmək istədilər

24-08-2018, 07:05
Ana Səhifə » Kriminal, Gündəm » Sumqayıtda OLAY: Kişini ölümcül döyüb, qulağını kəsmək istədilər
Sumqayıtda OLAY: Kişini ölümcül döyüb, qulağını kəsmək istədilər Sumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb.

XəbərAl.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.

Belə ki, küçədə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələki istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Elşad Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar. Daha sonra onu ölümcül döyərək qulağına kəsici alətlə kəsmək istəyiblər. Başında, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.
XəbərAl.az
  • Oxunma Sayı 10440
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info