Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycan nefti bir qədər də bahalaşdı

27-09-2018, 08:29
Ana Səhifə » İqtisadiyyat » Azərbaycan nefti bir qədər də bahalaşdı
Azərbaycan nefti bir qədər də bahalaşdı CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 83,56 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,35 dollar/barel çoxdur.

XəbərAl.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 82,80 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 25-də 79,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 25-də 82,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,45 dollar/barel çoxdur.

XəbərAl.az
  • Oxunma Sayı 9340
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info