Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Etirazlar böyüyür: “Lukoyl”un iki əməkdaşı girov götürüldü

8-09-2018, 10:11
Ana Səhifə » İqtisadiyyat » Etirazlar böyüyür: “Lukoyl”un iki əməkdaşı girov götürüldü
Etirazlar böyüyür: “Lukoyl”un iki əməkdaşı girov götürüldü İraqın Bəsrə şəhərində etirazçılar “Lukoyl”un nəzarət etdiyi yatağa hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” televiziyası məlumat yayıb. Etirazçılar hücum nəticəsində “Lukoyl”un iki əməkdaşını (ikisi də İraq vətəndaşıdır – red.) girov götürüblər.

“RİA Novosti” agentliyi isə hücum zamanı heç bir şəxsin xəsarət almadığını və heç kim girov götürülmədiyini bildirib.

Qeyd edək ki, Bəsrədə Qərbi Kurna-2 yatağı yerləşir. “Lukoyl” bu yatağın 56%-nə nəzarət edir.

Bəsrədə son günlər hökumət əleyhinə etirazlar güclənib. Etirazçılar bundan öncə İran Konsulluğunun binasına hücum edərək, burada yanğın törədiblər. İran insidentlə əlaqədar İraqla sərhədini bağlayıb. Etirazçılar hökumətdən təcili olaraq şəhərin içməli su və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasını istəyiblər.

XəbərAl.az
  • Oxunma Sayı 8940
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info