Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Azərbaycan nefti 73 dolları ötdü

19-08-2018, 11:51
Ana Səhifə » İqtisadiyyat » Azərbaycan nefti 73 dolları ötdü
Azərbaycan nefti 73 dolları ötdü CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 17-də 69,18 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 17-də 70,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.
  • Oxunma Sayı 9660
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info