Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

İdman tarixinin ən bahalı müqaviləsi imzalandı

18-10-2018, 08:51
Ana Səhifə » İdman » İdman tarixinin ən bahalı müqaviləsi imzalandı
İdman tarixinin ən bahalı müqaviləsi imzalandı WBA və WBC orta çəki kəmərlərinin sahibi olan meksikalı boksçu Saul Alvarez tarixi rekorda imza atıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 28 yaşlı idmançı DAZN yayım platforması ilə 365 milyon dollarlıq müqavilə imzalayıb.

Bu, idman tarixində ən bahalı sponsorluq müqaviləsi olub. Müqavilə çərçivəsində Alvarezin növbəti 5 il ərzində keçirəcəyi 11 döyüş DAZN tərəfindən yayımlanacaq.Karyerasında 50 qələbə, 1 məğlubiyyət və 2 bərabərliyi olan Alvarez ilk döyüşünü 15 dekabrda Nyu-Yorkda ingilis Roki Fildinqlə keçirəcək.

Qeyd edək ki, bundan öncəki rekord beyzbolçu Cyankarlo Stantona məxsus idi. O, 2014-cü ildə 325 milyon dollar qarşılığında “Mayami Marlins”lə 6+7 illik müqavilə imzalamışdı.

İdman tarixinin ən bahalı müqaviləsi imzalandı
İdman tarixinin ən bahalı müqaviləsi imzalandı
XəbərAl.az
  • Oxunma Sayı 2140
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info