Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

Millimiz dünya çempionatında ilk qələbəsini qazandı

30-09-2018, 14:41
Ana Səhifə » İdman » Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Yaponiyadakı keçirilən dünya çempionatında ikinci oyununu keçirib.

Axar.az xəbər verir ki, C qrupunda yer alan koamndamız Cənubi Koreya ilə qarşılaşıb. Kobe şəhərində təşkil olunmuş qarşılaşmadan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib ayrılıb - 3:1.

İlk 2 seti 25:18 hesablı üstünlüklə tamamlayan Azərbaycan millisi üçüncü setdə ciddi müqavimətlə üzləşib. Nəticədə Cənubi Koreya seti öndə tamamlayıb - 25:23. Lakin dördüncü set həlledici olub. Qarayevin komandası yenə 25:18 hesablı üstünlüklə görüşün taleyini həll edib.

Bu, dünya çempionatında ilk qələbə olub. Birinci turda Azərbaycan ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzub. Bu gün isə ABŞ Trinidad və Tobaqonu 3:0 (25:11, 25:11, 25:11) hesabı ilə məğlub edib. Saat 14:20-də Tailand Rusiya matçı başlanacaq.

Qeyd edək ki, bu oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Sonrakı 2 yerdə gedən Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədi. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.

XəbərAl.az
  • Oxunma Sayı 8640
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info