Dolar :  1.7023
Avro :  1.9092
Rusiya rublu :  0.0299
HAVA HAQQINDA
hava haqqinda

BAKI23°C

- Xoş Gəlmisiniz Saytımıza.

SON DƏQİQƏ
1

36 min verib ev aldı - Sahibi başqası çıxdı

3-09-2018, 13:12
Ana Səhifə » Gündəm » 36 min verib ev aldı - Sahibi başqası çıxdı
36 min verib ev aldı - Sahibi başqası çıxdı “Toydan sonra ev aldıq, 4 ildir köçə bilmirik”. Bu sözləri Günel Həşimova “Qafqazinfo”ya şikayətində deyib.

O bildirib ki, 2014-cü ilin oktyabr ayında Yasamal rayonunda yerləşən “Mega City” Holdinqdən ev alıb. Belə ki, G. Həşimova qonşusu, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Vəlidən köməklik istəyib:

“Vəli bizə Holdinqin 1-ci binasında 11-ci mərtəbədə yerləşən 73 saylı mənzilin hazırdqa satıldığını dedi. 36 min manat əldən ödəyərək mənzili aldıq və sənədləri mənə təqdim etdilər. Dekabrda isə təmir üçün evə qapı qoyduq. Sonra eşitdik ki, mənzilin sahibi Abbas deyil, Şükür adlı şəxsdir və bizim qoyduğumuz qapını sökdürüb”.

Şikayətçi dolandırıldığını anladıqdan sonra pulunu geri almaq üçün dəfələrlə Vəli və ev sahibi Abbasla görüşsə də, nəticə əldə edə bilməyib:

“Məsələylə bağlı Yasamal rayon polis şöbəsinə müraciət etmişik. Hələ də bir nəticə yoxdur. Nə pulumuzu geri ala bilirik, nə də ki evi. Hazırda iş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir”.

Şikayətdə adları çəkilən Vəli və Abbasla (soyadlarını şikayətçi də bilmir. red) əlaqə saxlamağa çalışsaq da, hər iki şəxsin nömrəsinə zəng çatmayıb.

İşi araşdıran müstəntiq Asim Yusubov isə hazırda instintaq getdiyi üçün bu barədə məlumat verə bilməyəcəyini bildirib.

XəbərAl.az
  • Oxunma Sayı 10200
  • Facebook Hesabınızla Şərh Yaza Bilərsiniz

    Babashov.info